Çeçenistanda güclü yağışlar səbəbindən regional səviyyəli fövqəladə vəziyyət rejimi elan edilib.

Çeçenistanda güclü yağışlar səbəbindən regional səviyyəli fövqəladə vəziyyət rejimi elan edilib.

Bu barədə qərarı Çeçenistan rəhbəri Ramzan Kadırov verib. Onun göstərişinə əsasən, təbii fəlakətin nəticələrinin aradan qaldırılması üçün aidiyyəti qurumlar gücləndirilmiş iş rejiminə keçib.

Məlumata görə, martın 28-də region ərazisində müşahidə olunan güclü yağış və külək bir sıra fəsadlara yol açıb. Xüsusilə, bəzi yaşayış məntəqələrində elektrik enerjisinin verilişində fasilələr yaranıb, infrastruktur obyektlərinə ziyan dəyib.

Hazırda müvafiq xidmətlər tərəfindən bərpa işləri davam etdirilir. Rəsmi qurumlar əhalini ehtiyatlı olmağa və təhlükəsizlik qaydalarına riayət etməyə çağırır.