CBS: Pentaqon İrana qoşun yeritmək üçün ətraflı hazırlıqlar görür

CBS: Pentaqon İrana qoşun yeritmək üçün ətraflı hazırlıqlar görür

ABŞ ordusu Yaxın Şərqdə əməliyyatların davam etdirilməsi üçün mümkün ssenarilərdən biri kimi Amerika Quru Qüvvələrinin İrana yeridilməsi üçün diqqətlə hazırlıqlar görür.

Kanal15.az xəbər verir ki, bu barədə mənbələrə istinadən CBS televiziya kanalı məlumat yayıb.

ABŞ Prezidenti Donald Tramp məsələni nəzərdən keçirir, lakin onun hansı yekun qərarı və nə vaxt verəcəyi bəlli deyil.

"CBS"in məlumatına görə, ordu rəsmləri Amerika liderinin quru əməliyyatına razılıq verəcəyi təqdirdə əsgərlərin necə hərəkət edəcəyini müzakirə etmək üçün görüşlər keçirir.

Daha əvvəl "Fox News" ABŞ müdafiə rəsmisinə istinadən 4500 hərbçidən ibarət amfibiya hücum qrupunun Yaxın Şərqə yola düşdüyünü bildirib.