Cəlilabadda Milli Mətbuatın 151 illiyi münasibətilə jurnalistlərlə görüş keçirilib

Cəlilabadda Milli Mətbuatın 151 illiyi münasibətilə jurnalistlərlə görüş keçirilib

Cəlilabad Rayon İcra Hakimiyyətində Azərbaycan Milli Mətbuatının yaranmasının 151 illiyi münasibətilə rayonun media nümayəndələrinin iştirakı ilə tədbir keçirilib.

Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin rayon mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstələri düzüb, dahi şəxsiyyətin əziz xatirəsini ehtiramla yad ediblər.

Daha sonra Rayon İcra Hakimiyyətində davam edən tədbirdə çıxış edən Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov jurnalistləri peşə bayramı münasibətilə təbrik edərək, Azərbaycan milli mətbuatının keçdiyi şərəfli inkişaf yolundan, cəmiyyətin maariflənməsi və dövlətçilik ənənələrinin möhkəmləndirilməsində oynadığı mühüm roldan ətraflı bəhs edib.

Rayon rəhbəri çıxışında yerli medianın rayonun ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatının işıqlandırılmasında gördüyü işləri yüksək qiymətləndirərək jurnalistlərə gələcək fəaliyyətlərində uğurlar arzulayıb.