Cəlilabadda körpənin üzərinə qaynar su töküldü – vəziyyəti orta-ağırdır
Cəlilabad rayonunda azyaşlı bədbəxt hadisə nəticəsində yanıq xəsarətləri alıb.
Kanal15.az-ın əldə etdiyi məlumata görə, rayonun Alar kənd sakini, 2025-ci il təvəllüdlü Əli İzzət oğlu Quluzadənin yaşadığı evdə üzərinə qaynar su tökülüb.
Hadisə nəticəsində müxtəlif dərəcəli yanıq xəsarətləri alan körpə təcili olaraq xəstəxanaya çatdırılıb. Həkimlərin nəzarətinə götürülən azyaşlının vəziyyətinin orta-ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.