Cəlilabad rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib
Birxeber.az xəbər verir ki, Təklə–Bayxanlı avtomobil yolunun Mədətli kəndindən keçən hissəsində yol-nəqliyyat hadisəsi qeydə alınıb.
İlkin məlumata görə, Məmmədrzalı kənd sakini, Məlikov Kamran Məhi oğluna məxsus 07 markalı avtomobillə avtoqəza törədilib. Hadisə nəticəsində xəsarət alan şəxslər olub.
Yaralılar təcili tibbi yardım vasitəsilə mərkəzi xəstəxanaya çatdırılıb. Faktla bağlı hüquq-mühafizə orqanlarına məlumat verilib, araşdırma aparılır.
Hadisənin başvermə səbəbləri dəqiqləşdiril ir.