Boris Pistorius Ukraynaya elan olunmamış səfər edib

Boris Pistorius Ukraynaya elan olunmamış səfər edib

Almaniyanın müdafiə naziri Boris Pistorius elan olunmamış səfərlə Kiyevə gedib.

Kanal15.az xəbər verir ki, bu barədə "RBK-Ukrayna" məlumat yayıb.

Səfəri zamanı Pistorius Ukrayna ilə yüksək texnologiyalı silahların hazırlanması sahəsində əməkdaşlığı müzakirə etmək niyyətindədir.

Onun sözlərinə görə, Berlin iki ölkə arasında qarşılıqlı əlaqələrin daha da genişləndirilməsində, o cümlədən yeni birgə Almaniya-Ukrayna müəssisələrinin yaradılmasında maraqlıdır.