Baş naziri istefa verib

Baş naziri istefa verib

Danimarkanın Baş naziri Mette Frederiksen ölkənin kralı X Frederiklə görüşdən sonra istefa verib.

 Kanal15.az "The Guardian" qəzetinə istinadən məlumat yayıb. Nəşr qeyd edib ki, parlament seçkilərindən sonra Baş nazirin istefa verməsi adi prosedur sayılır, çünki bununla yeni hökumətin formalaşdırılması prosesi başlayır.

Yeni Baş nazir təsdiqlənənə qədər Frederiksenin öz vəzifələrinin icrasını davam edəcəyi gözlənilir. O həmçinin yeni Baş nazir vəzifəsinə ən real namizədlərdən biridir. Mette Frederiksen 2019-cu ildən Danimarkanın Baş naziridir.