Azərbaycanın Təbrizdəki Baş Konsulluğunun əməkdaşı qəzada həlak olub
Azərbaycan Respublikasının İran İslam Respublikasının Təbriz şəhərindəki Baş Konsulluğunun konsulu Ramil İmranov yol-nəqliyyat hadisəsi nəticəsində həyatını itirib.
Kanal15.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, diplomat Culfa–Təbriz avtomagistral yolunda, Mərənd qəsəbəsi yaxınlığında xidməti fəaliyyətini həyata keçirərkən idarə etdiyi avtomobillə qəzaya düşüb.
XİN mərhum diplomatın ailəsinə, yaxınlarına və həmkarlarına dərin hüznlə başsağlığı verib.
“Allah rəhmət eləsin!” – paylaşımda qeyd olunub.