Azərbaycanda gömrük sahəsində malların ikipilləli buraxılış mexanizmi tətbiq olunacaq

Azərbaycanda gömrük sahəsində malların ikipilləli buraxılış mexanizmi tətbiq olunacaq

Azərbaycanda gömrük sahəsində malların ikipilləli buraxılış mexanizmi tətbiq olunacaq

Azərbaycanda gömrük sahəsində biznes proseslərinin çevikliyinin artırılması və ticarət əməliyyatlarının sadələşdirilməsi məqsədilə yeni normativ hüquqi sənədlərin işlənib hazırlanması planlaşdırılır.

Saxlama məsrəflərinin minimuma endirilməsi və məhsulların istehlakçılara daha operativ şəkildə çatdırılmasını təmin etmək üçün malların ikipilləli buraxılış mexanizminə dair normativ hüquqi bazanın formalaşdırılması nəzərdə tutulub.

Bu işlərin cari ilin dekabrın 1-nə qədər Dövlət Gömrük Komitəsi tərəfindən yerinə yetirilməsi planlaşdırılır.