Azərbaycanın qadın voleybolçulardan ibarət yığması Avropa Liqasında Estoniya ilə üz-üzə gələcək
Azərbaycanın qadın voleybolçulardan ibarət yığması bu gün Avropa Liqasında növbəti matçına çıxacaq.
Faiq Qarayevin baş məşqçi olduğu kollektiv Estoniya seçməsi ilə üz-üzə gələcək.
Qarşılaşma Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində saat 18:00-da start götürəcək.
Qeyd edək ki, yığma ilk görüşdə İsveçə 0:3 hesabı ilə məğlub olub.