Azərbaycan İrana 82 ton humanitar yardım göndərir

Azərbaycan İrana 82 ton humanitar yardım göndərir

Azərbaycan tərəfindən İrana humanitar yardım göndərilir. Ümumilikdə 82 ton təşkil edən yardım paketi zəruri ehtiyacların qarşılanmasına yönəlib.

Məlumata görə, humanitar yükün 76 tonunu ərzaq və qida məhsulları, 4 tonunu dərman vasitələri, 2 tonunu isə tibbi ləvazimatlar təşkil edir. Yardımın əsas məqsədi ehtiyac içində olan əhaliyə dəstək göstərməkdir.

Kanal15.az xəbər verir ki, Humanitar yardım 5 yük avtomobili (TIR) vasitəsilə daşınır və yaxın vaxtlarda təyinat nöqtəsinə çatdırılması planlaşdırılır.

Bu addım Azərbaycan ilə İran arasında humanitar əməkdaşlığın davamı kimi qiymətləndirilir və bölgədə qarşılıqlı dəstəyin əhəmiyyətini bir daha göstərir.