ABŞ İrana Zərbəni Təxirə Saldı: Körfəz Ölkələrinin Təzyiqi və Pentaqonun Hesabatı Vaşinqtonu Dayandırdı

ABŞ İrana Zərbəni Təxirə Saldı: Körfəz Ölkələrinin Təzyiqi və Pentaqonun Hesabatı Vaşinqtonu Dayandırdı

ABŞ prezidenti İrana qarşı planlaşdırılan genişmiqyaslı hərbi əməliyyatların təxirə salındığını açıqlayıb. Məlumata görə, bu qərar həm Körfəz ölkələrinin liderləri ilə aparılan təcili danışıqlardan, həm də Pentaqonun hazırladığı son hərbi qiymətləndirmələrdən sonra verilib.

“The New York Times”, “Reuters”, “Yedioth Ahronoth” və “Al-Araby Al-Jadeed” nəşrlərinin yaydığı məlumatlara əsasən, Tramp , və rəhbərliyi ilə apardığı müzakirələr zamanı regionda vəziyyətin daha da gərginləşməsinin qarşısının alınmasının vacibliyini nəzərə alıb. Körfəz ölkələri Vaşinqtondan diplomatik kanallara şans verilməsini və enerji infrastrukturuna qarşı mümkün hücumların önlənməsini istəyiblər.

ABŞ və İsrail mediasının məlumatına görə, qərarın arxasında yalnız diplomatik səbəblər dayanmır. “The New York Times” yazır ki, atəşkəs dövründə ballistik raket potensialının böyük hissəsini bərpa edib, mobil raket buraxılış sistemlərini genişləndirib və ilə tərəfindən dəstəklənən yeni hava hücumundan müdafiə sistemləri ilə hərbi imkanlarını gücləndirib.

Mənbələrin iddiasına görə, İranın yenilənmiş HHM sistemləri artıq F-15 və F-16 tipli döyüş təyyarələrini izləmək və vurmaq imkanına malikdir. İsrailin “Yedioth Ahronoth” nəşri isə qeyd edir ki, Tehran aylarla davam edən qarşıdurmadan sonra hərbi infrastrukturunu daha uzunmüddətli müharibəyə uyğunlaşdırmağa nail olub.

Eyni zamanda, İran Vaşinqtona yeni şərtlər paketi təqdim edib. Təkliflərə müharibənin dayandırılması, Hörmüz boğazının mərhələli şəkildə açılması, iqtisadi və dəniz sanksiyalarının yumşaldılması, həmçinin nüvə proqramı ilə bağlı bəzi mübahisəli məsələlərin növbəti danışıqlara saxlanılması daxildir. Buna baxmayaraq, ABŞ administrasiyası İranın nüvə proqramının məhdudlaşdırılması tələbini qüvvədə saxlayır və lazım gələrsə yeni hərbi əməliyyatların mümkünlüyünü istisna etmir.

Digər tərəfdən, “Reuters” agentliyi ın son illərdə ərazisinə ən böyük hərbi qüvvə yerləşdirdiyini bildirib. Məlumata görə, İslamabad bölgəyə təxminən 8000 hərbçi, JF-17 qırıcıları, pilotsuz uçuş aparatları və Çin istehsalı HQ-9 hava hücumundan müdafiə sistemləri göndərib. Analitiklər bunu mümkün regional müharibəyə hazırlıq məqsədilə yaradılan yeni müdafiə konturu kimi qiymətləndirirlər.