ABŞ-ın İranın cənubuna hava zərbələri: ölən və yaralananlar var
ABŞ Silahlı Qüvvələrinin İranın cənubunda həyata keçirdiyi hava hücumları nəticəsində Bəndər-Xomeyni şəhərində 7 nəfər həlak olub, 9 nəfər yaralanıb. Hücum zamanı iki körpü zədələnib.
Zərbələr Bəndər-Abbas dəmir yolu qovşağı, İranşəhr hava limanı, eləcə də Əhvaz, Buşehr və Qeşm adası ətrafını da əhatə edib. İranşəhr hava limanında yanğın baş verib, elektrik təchizatı dayandırılıb.
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İrana qarşı yeni əməliyyatların başladığını açıqlayıb. İran tərəfi xilasetmə işlərinin davam etdiyini və bəzi nəqliyyat marşrutlarında məhdudiyyətlərin tətbiq olunduğunu bildirib.