ABŞ-ın “B-1B Lancer” bombardmançıları İran istiqamətində havaya qalxdı

ABŞ-ın “B-1B Lancer” bombardmançıları İran istiqamətində havaya qalxdı

Kanal15.az xəbər verir ki, ABŞ Hərbi Hava Qüvvələri-nə məxsus bir qrup B-1B Lancer strateji bombardmançı təyyarəsinin RAF Fairford aviabazasından havaya qalxdığı bildirilir.

Məlumata görə, təyyarələr İranın hava məkanında mümkün döyüş tapşırıqlarını yerinə yetirmək məqsədilə hərəkətə keçib. Hadisə bölgədə onsuz da gərgin olan hərbi-siyasi vəziyyəti daha da kəskinləşdirə bilər.

Hərbi mənbələr bildirir ki, bu addım ABŞ-ın Yaxın Şərqdəki strateji maraqlarını qorumaq və potensial təhlükələrə qarşı qabaqlayıcı tədbir kimi qiymətləndirilir. Eyni zamanda, ekspertlər belə uçuşların daha çox güc nümayişi və psixoloji təzyiq məqsədi daşıdığını da istisna etmirlər.