SHXÇDX-nin Daşkəsən rayon bölməsinin rəisi HƏBS EDİLDİ - ÖZƏL
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Daşkəsən rayon bölməsinin rəisi, mayor Anar Əsgərov Azərbaycan Respublikası Hərbi Prokurorluğu tərəfindən həbs olunub.
Bizim.Media xəbər verir ki, o, Cinayət Məcəlləsinin 311.3.2-ci maddəsi ilə şübhəli bilinərək azadlıqdan məhrum edilib.
Anar Əsgərov təkrar rüşvət almaqda ittiham olunur.
Qeyd edək ki, Anar Əsgərov bu vəzifəyə bir neçə ay əvvəl təyin olunub. O, bundan əvvəl Gəncədə bölmə rəisi vəzifəsində çalışıb.
What's Your Reaction?