Cəlilabadda su bəndi yenidən qurulur
Cəlilabad rayonunda Sarıqaya su bəndində yenidənqurma işləri aparılır.
Bu barədə Cəlilabad rayon Suvarma Sistemləri İdarəsindən məlumat verilib.
Bundan başqa, məlumata görə, Hamarqışlaq, Privolnoye, Uzuntəpə-1, Uzuntəpə-2 və Ocaqlı sututarlarında (su bəndi) da yenidənqurma işləri davam etdiriləcək. Məqsəd əkin sahələrinin su təminatının yaxşılaşdırılmasıdır. Bununla bağlı tender elan olunub, qalib şirkətə 6 milyon manat ödənilməsi nəzərdə tutulur.
Hazırda rayonda ümumi tutumu 28,5 milyon kubmetr olan 20 sututar var.
What's Your Reaction?