Hərbçilərimiz qəzaya düşdülər, 2 hərbçimiz öldü

Ağcabədidə baş verən ağır qəzada iki hərbçimiz həlak olub.
Belə ki, hərəkətdə olan “Vaz 2106” markalı 10-CM-225 dövlət nömrə nişanlı avtomobil traktorla toqquşub.
Nəticədə minik avtomobilinin sürücüsü və sərnişini, Salyan rayonu Qaraçuxur qəsəbə sakini 2002-ci il təvəllüdlü Əmirəliyev Şamil Pənah oğlu və Qazax rayon Qaymaqlı kənd sakini 2002-ci il təvəllüdlü Əhmədov Vaqif Valeh oğlu hadisə yerində həyatını itirib.
Həlak olanalar Azərbaycan Respublikasının hərbi qulluqçuları olub.
Faktla bağlı araşdırma aparılır.
What's Your Reaction?






