Cəlilabadda payızlıq kələmin yığımına başlanılıb
Cəlilabad rayonunda payızlıq kələmin yığımına başlanılıb.
Bu barədə Cəlilabad Dövlət Aqrar İnkişaf Mərkəzindən məlumat verilib.
Qeyd olunub ki, məhsul yerli və qonşu rayonların bazarlarına çıxarılır.
Cəlilabadlı fermerlər bu mövsüm həyətyanı və pay torpaqlarında 6,5 hektardan çox payızlıq kələm yetişdiriblər. Ötən il isə bu rəqəm 3 hektar olub.
Fermerlərin sözlərinə görə, bu il məhsul boldur. "Keçən il məhsulu 20-25 qəpiyə satırdıq, bu il isə 50-60 qəpiyədir. Satış pis deyil, qane edir”, - onlar bildirib.
Qeyd edək ki, əsasən kəndlərdə yetişdirilən məhsulu fermerlər çox vaxt əkin sahələrinə yaxın yol kənarında asanlıqla sata bilirlər. Bu da məhsulun kənara daşınması üçün lazım olan xərclərin azalmasına səbəb olur.
Cari ildə rayon üzrə digər tərəvəz məhsulları - 8,7 tondan çox noxud, 391 ton mərci, 320 ton qarğıdalı dəni, 466 ton günəbaxan toxumu, 123 ton soğan, 495 ton sarımsaq, 80,5 ton pomidor, 27 ton xiyar, 3,3 ton badımcan, 85 ton qarpız, 33 ton yemiş yetişdirilib.
What's Your Reaction?