Cəlilabadda ötən il avtoqəza nəticəsində sıradan çıxan yerüstü keçid bərpa olunub

May 27, 2025 - 23:36
 0  70
Cəlilabadda ötən il avtoqəza nəticəsində sıradan çıxan yerüstü keçid bərpa olunub

Cəlilabad rayonunda ötən il avtoqəza nəticəsində sıradan çıxan yerüstü piyada keçidi bərpa olunub.

Yerüstü keçid Heydər Əliyev prospektində yerləşir.

Qeyd edək ki, sözügedən keçid 17 noyabr 2024-cü il tarixdə iritonnajlı yük nəqliyyat vasitəsi tərəfindən dağıdılıb. Piyada keçidinin altından sürətli keçmək istəyən nəqliyyat vasitəsi keçidin hündürlüyünə toxunub və keçid aşaraq hissələrə bölünüb.

Əlavə edək ki, yerüstü keçid yaxınlıqda yerləşən 3 nömrəli məktəbin heyətinin, həmçinin rayon sakinlərinin yolun qarşı və əks tərəfinə rahat keçməsi məqsədilə tikilib.

What's Your Reaction?

like

dislike

love

funny

angry

sad

wow