Cəlilabadda Novruz şənliyi keçirilib - Foto

Cəilabad Rayon İcra Hakimiyyətinin və Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin Cəlilabad rayon nümayəndəliyinin birgə təşkilatçılığı ilə Cəlilabad şəhərində yerləşən Heydər Əliyev Seyrəngahında Novruz bayramı münasibətilə ümumrayon şənliyi keçirilib.
Bayram şənliyində Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, aparatın məsul əməkdaşları, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə, təşkilat rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə nümayiş edilən sərgiyə baxış keçiriblər.
Ümumrayon şənliyində Dövlət Himni səsləndirildikdən sonra tədbir açıq elan olunub.
What's Your Reaction?






