Cəlilabadda meşələr məhv edilir - Polis tədbir görmür?

Nov 30, 2024 - 21:14
Nov 30, 2024 - 21:22
 0  390
Cəlilabadda meşələr məhv edilir - Polis tədbir görmür?

Sosial şəbəkələrdə paylaşılan görüntülər diqqətimizi çəkməyə bilməzdi.

Məhv olunan meşələr, törədilən ekoterror və cəzasız qalan günahkarlar haqqında ...

Hər il olduğu kimi bu ildə qışa hazırlıq mərhələsində qaz olmayan yaşayış məntəqələrində insanlar odun tədarükünə başlayıblar.

Təbii ki odun üçün ən bol xammal meşələrdir.

Kanal15.az xəbər verir ki, Cəlilabad rayon Zopun kəndində çəkilən şəkillərdən görünür ki meşə ərazidən ağaclar kəsilərək odun halına salınıb.

Bununla bağlı ərazidə yaşayan bir vətəndaş Prokurorluq orqanına müraciət edib və vətəndaşa bildirilib ki məsələ araşdırılması üçün Cəlilabad rayon polis şöbəsinə göndərilib.

Araşdırmamız zamanı məlum olub ki, Bununla bağlı son 1 ayda Cəlilabad rayon polis şöbəsi tərəfindən odunla dolu 1 yük maşını saxlanılıb və Polis şöbəsinə gətirilib.

İşin marağlı tərəfi ondadır ki, Şöbəyə gətirilən maşın bir neçə saat sonra "azad edilib".

Qeyd edək ki, Cəlilabadda 18 min hektara yaxın meşə sahəsi var. Hazırda həmin meşə sahələrinin ən yaxşı halda 30-40 faizi qalıb.

Məsələn, 3 saylı meşə dolayı yerli-dibli yoxdur. Guya 800 hektar meşə sahəsi olan bu zolağın ağacı olmasa da, gözətçisi var və bu şəxs olmayan meşəyə görə əmək haqq alır, meşə sahələrinin çoxunda ağac olmadığı üçün çəpərləyib, hektarı 100 -150 manatdan qeyri-rəsmi otlaq yeri kimi icarəyə verilir. Bu isə təkcə bir dolayda 30-40 min manat pul edir”.

Hər gün Cəlilabad və Masallı meşələrində 100-dən artıq iri gövdəli ağac qırılır. 11-12 saylı olaylarda bilərəkdən ağacların kökün yandırır, sonra da həmin ağac yıxırlar.

Masallıda 120 ədəd qeydiyyatdan keçmiş mebel sexi var. 

Həmin ağaclar bu sexlərdə hazırlanacaq mebellerin boyuna uyğun olaraq elə meşədə kəsilir.

Davamı var..

Yazıda adı çəkilən qurumların mövqeyini işıqlandırmağa hazırıq. 

What's Your Reaction?

like

dislike

love

funny

angry

sad

wow