Bölgələrə sərnişin axını rekord həddə çatıb

Mar 21, 2025 - 13:51
 0  148
Bölgələrə sərnişin axını rekord həddə çatıb

19-20 mart tarixlərində paytaxtdan bölgələrə 27 800-dən çox sərnişin daşınıb.

Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

Məlumatda bildirilib ki, gücləndirilmiş rejimin ilk 2 günü ərzində rekord göstəricilər qeydə alınıb:

“Birinci gündə Bakı Beynəlxalq Avtovağzal Kompleksindən (BBAK) müxtəlif istiqamətlərdə həyata keçirilən 386 reyslə 14 mindən çox, ikinci gün isə BBAK-dan 374 reyslə 13 824 sərnişin daşınıb.

Adi günlərlə müqayisədə sərnişin tələbatını qarşılamaq üçün əlavə olaraq 135 reys həyata keçirilib. Sərnişinlərin 48 %-i biletlərini onlayn qaydada “biletim.az” portalından əldə edərək səfərlərini reallaşdırıb”.

What's Your Reaction?

like

dislike

love

funny

angry

sad

wow