Azərbaycanda bu hotellərlə bağlı araşdırmalar aparılacaq
Azərbaycanda ulduz təsnifatından keçmədiyi halda fəaliyyət göstərən hotellərlə bağlı araşdırmalar aparılacaq.
Dövlət Turizm Agentliyindən İqtisadiyyat.az-ın sorğusuna cavab olaraq bildirilib ki, ötən il ərzində 300-dən artıq yerləşmə vasitəsi audit olunub və ölkə üzrə 259 hotel təsnifatdan keçirilərək ulduz dərəcəsi alıb.
Məlumatda vurğulanıb ki, ulduz təsnifatından keçməyən hotellərə isə nöqsanları aradan qaldırmaları üçün müddət verilib və təkrar audit həyata keçiriləcək:
“Azərbaycan Dövlət Reklam Agentliyi ilə əməkdaşlıq çərçivəsində açıq məkandakı reklamlarda ulduz dərəcəsini düzgün qeyd etməyən, "Turizm haqqında" Azərbaycan Respublikasının Qanununda qeyd edilən tələblərə cavab verməyən, həmçinin "hotel" adından istifadə etməklə istehlakçı hüquqlarını pozan yerləşmə vasitələrinin açıq məkandakı reklamlarının yayımının dayandırılması üzrə işlər aparılır”.
What's Your Reaction?