Xalq artisti Rasim Balayev vəfat edib
Azərbaycan kinosunun görkəmli nümayəndəsi, Rasim Balayev vəfat edib.
Kanal15.az xəbər verir ki, bu barədə Azərbaycan Kinematoqrafçılar İttifaqı məlumat yayıb.
Qeyd edək ki, Rasim Balayev uzun illər Azərbaycan kinosunun inkişafında mühüm rol oynayıb, bir çox yaddaqalan obrazlara həyat verib. O, həmçinin Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri kimi fəaliyyət göstərirdi.
Mərhum sənətkarın vəfatı Azərbaycan mədəniyyəti üçün böyük itkidir.