Ukrayna SEPAH-a və üç ölkədən onlarla hüquqi şəxsə qarşı sanksiyalar tətbiq edib

Sep 20, 2024 - 07:28
 0  52
Ukrayna SEPAH-a və üç ölkədən onlarla hüquqi şəxsə qarşı sanksiyalar tətbiq edib

Ukrayna Prezidenti Volodimir Zelenski İran, Çin, BƏƏ və Rusiya Federasiyasından olan 42 hüquqi və 6 fiziki şəxsə qarşı sanksiya tətbiq edilməsi ilə bağlı fərman imzalayıb.

Bu barədə dövlət başçısının aparatının saytında sənəd dərc olunub.

Siyahıda yer alan hüquqi şəxslərə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Aerokosmik Qüvvələri, İran, Çin və BƏƏ-dən yüksək texnoloji avadanlıqların, o cümlədən pilotsuz təyyarələr üçün komponentlərin istehsalı ilə məşğul olan şirkətlər, Rusiya şirkətləri, hərbi bölmələr, dövlət qurumlarının işçiləri daxildir.

Sanksiya tətbiq edilən şəxslər arasında Rusiya Müdafiə Nazirliyinin pilotsuz aviasiya üzrə Dövlət Mərkəzinin rəhbəri Aleksandr Fedorko da var.

Məhdudlaşdırıcı tədbirlərə aktivlərin bloklanması, ölkədə fəaliyyətin qadağan edilməsi, Ukrayna ilə ticarət və maliyyə əməliyyatlarının dayandırılması, kapitalın Ukraynadan kənara çıxarılmasının qadağan edilməsi və s. aiddir.

Sanksiyalar 10 il müddətinə tətbiq edilir.

What's Your Reaction?

like

dislike

love

funny

angry

sad

wow