Türkmənistan Azərbaycanın AQEM-ə sədrliyini yüksək qiymətləndirir
Türkmənistan Azərbaycanın Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəyə (AQEM) sədrliyinin nəticələrini yüksək qiymətləndirir.
Bunu Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov AQEM-in Bakıda keçirilən VII Zirvə Toplantısında bildirib:
"Biz Azərbaycan Respublikasının Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəyə sədrliyinin nəticələrini yüksək qiymətləndiririk".