Televizora və telefona baxaraq yatmağın ZƏRƏRLƏRİ

Televizora və telefona baxaraq yatmağın ZƏRƏRLƏRİ

Mütəxəssislər bildirirlər ki, yatmazdan əvvəl telefon və televizor izləmək sağlamlığa mənfi təsir göstərir.

Ekranlardan yayılan mavi işıq yuxu hormonu olan melatoninin ifrazını azaldır və bu da yuxuya getməyi çətinləşdirir. Nəticədə yuxu keyfiyyəti pozulur, səhərlər yorğunluq və uzun müddətdə yuxusuzluq yarana bilər.

Həkimlərin sözlərinə görə, ekran qarşısında qalmaq beyni aktiv saxlayır, bu isə diqqət dağınıqlığı və yaddaş zəifliyi kimi problemlərə səbəb ola bilər. Bundan əlavə, göz yorğunluğu, görmə problemləri və boyun ağrıları da yaranır.

Psixoloqlar isə qeyd edirlər ki, sosial şəbəkə və televiziya məzmunu stressi artıraraq daha narahat yuxuya səbəb olur.

Mütəxəssislər sağlam yuxu üçün yatmazdan 30–60 dəqiqə əvvəl telefon və televizordan uzaq durmağı tövsiyə edirlər.