Salyanda Gimnaziyda ÖZBAŞINALIQ!!, Mənsimli hara baxır?
Salyan şəhər A.Səfərov adına İnteqrasiya təlimli internat tipli gimnaziya məktəbindən şikayətlər səngimir.
TuranPress saytının elektron poçt ünvanına gələn məktubu oxucularımıza təqdim edirik.
Salam mən Salyan şəhər A.Səfərov adına İnteqrasiya təlimli internat tipli gimnaziya məktəbində işləyirəm. İlk öncə qeyd edim ki, hər il olduğu kimi bu ildə bütün müəllimlər öz siniflərini öz hesabına təmir ediblər. Xanım müəllimələrdə daxil olmaqla bütün sinif müəllimləri boya alaraq otaqları özləri rəngləyiblər(bununla bağlı fotolar göndərəcəm).
Müəllimləri bu işə direktor Səyyad müəllim, müavin Teymur müəllim və Səyyarə müəllimə vadar edir.
Həmçinin saatların bölgüsü zamanı müavin vəzifəsində olan Səyyarə müəllimə əlavə saatların verilməsi üçün müəllimlərdən pul toplayır. Bunun isə qiyməti 1 saat üçün 50 manat təşkil edir.
Təbbi ki məktəbdə baş verənlər bununla bitmir. Müəllimlərin sertifikasiya imtahanından keçə bilməyən müəllim işdən azad olunduğu üçün onun saatları məktəbdə tərbiyəçi kimi çalışan digər müəllimə 2000 manat əvəzində satılıb.(Səyyarə və Teymur müəllim tərəfindən)
Məktəbdə tərbiyəçilik üzrə siniflər isə hər il müəllimlərə 300-500 manat arasında qiymətə direktor və ya regional idarə tərəfindən satılır.
Həmçinin İbtidai sinif müəllimləri tərəfindən tədris olunmalı olan bəzi fənlər onların yazılı razılığı olmadan başqa müəllimlər arasında 1 saat üçün 50 AZN alınaraq bölüşdürülür.
P.S İbtidai siniflərdə fiziki tərbiyə, musiqi, texnologiya və təsviri incəsənət dərsləri ibtidai sinif müəllimlərinin özləri tərəfindən tədris edilir. İbtidai sinif müəllimlərinin yazılı razılığı əsasında həmin dərslərin ixtisas müəllimləri tərəfindən tədrisinə icazə verilir.
TuranPress xəbər portalı olaraq Mövzunu diqqətdə saxlayacağıq.
Növbəti yazımızda müəllimlərin boya verməsi və öz hesabına boya alması barədə qəbzləri, video və fotoları yayımlayacağıq.
Bizi oxumağa davam edin..
What's Your Reaction?