Səhiyyə Nazirliyi sığortaçı seçib
Səhiyyə Nazirliyi həssas əhali qrupları üçün tibbi xidmətlər göstərilməsindən iştirak edən 15 əməkdaşının könüllü tibbi sığortalanması ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.
Kanal15.az dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, tenderin qalibi "Qala Sığorta" ASC-dir.
Qalib şirkətə 8 250 manat ödəniləcək.
Bundan əvvəl eyni tenderin qalibi "A-Qrup Sığorta" ASC olub. Şirkətə 10 500 manat ödənilib.