Qazaxıstan Prezidenti Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasını alqışladı

Qazaxıstan Prezidenti Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasını alqışladı

Qazaxıstan Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasını alqışlayır.

Bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev bu gün Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) VII Zirvə Görüşündə bildirib.

Dövlət başçısı qeyd edib ki, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması onilliklər ərzində davam edən qarşıdurmadan sonra yeni imkanlar açıb:

“Qazaxıstanın güclü siyasi iradəsi və iqtisadi potensialı AQEM çərçivəsində iri regional layihələrin dəstəklənməsinə töhfə verə bilər”.