Qarabağ Universitetində mina və partlayıcı sursatlarla bağlı maarifləndirici görüş keçirilib
Qarabağ Universitetinin tələbə və müəllim heyətinə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən “Mina və partlayıcı sursatların təhlükəsinə dair maarifləndirici” görüş keçirilib.
Bu barədə Qarabağ Universitetindən məlumat verilib.
Bildirilib ki, Xankəndi şəhərində keçirilən tədbirdə ANAMA-nın mütəxəssisləri tərəfindən iştirakçılara mina və partlamamış hərbi sursatlar, onların təhlükəsi və fəsadları barəsində geniş məlumat verilib, mövzulara uyğun təqdimatlar nümayiş olunub. Həmçinin minaların növləri, partlayıcı sursatların əlamətləri, təhlükəsizlik nişanlarının mənası və əhəmiyyəti, minalanmış ərazinin xüsusiyyətləri diqqətə çatdırılıb.
Tədbirin sonunda təlim iştirakçılarına ANAMA tərəfindən hazırlanan işğaldan azad edilmiş ərazilərdə mina və partlayıcı sursatların təhlükəsinə dair fərdi təlimat kitabçaları təqdim olunub.
Qeyd edək ki, bu cür tədbirlərin keçirilməsi mina və partlayıcı sursatların təhlükəsi haqqında cəmiyyətin maarifləndirilməsi, təhlükəsizlik bilgilərinin artırılması və təmin edilməsinə y
önəlib.
What's Your Reaction?