Peskov: Ermənistanın KTMT-yə üzvlüyü ilə bağlı qərar təşkilat daxilindəki müzakirələrdən asılı olacaq
Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) üzvlüyünün gələcəyi qurum çərçivəsində aparılacaq müzakirələrin nəticələrinə əsasən müəyyənləşdiriləcək.
Bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
D. Peskovun sözlərinə görə, KTMT-nin nizamnamə sənədlərində müvafiq prosedurlar və atılmalı addımlar nəzərdə tutulub:
"Ermənistanın təşkilatdakı üzvlüyü ilə bağlı sonrakı proses qurum çərçivəsində keçiriləcək müzakirələrin xarakterindən asılı olacaq".