Nazirlikdən qriplə bağlı AÇIQLAMA

Nazirlikdən qriplə bağlı AÇIQLAMA

"Hazırda, qrip və kəskin respirator virus infeksiyaları ilə əlaqədar epidemioloji vəziyyət stabil və nəzarətolunandır".

Fəsil dəyişkənliyi və zəifləyən immunitet fonunda uşaqlar arasında hava-damcı infeksiyalarının artırıb:

“Fəsil dəyişməsi, havaların qeyri-stabil keçməsi, insanlarda mövsümi olaraq immunitetin nisbətən zəifləməsi uşaqlar arasında, xüsusən bağça və məktəblərdə hava-damcı üsulu ilə yayılan bu tip infeksiyaların artması üçün əlverişli şəraitdir Lakin, bu artımlar əhəmiyyətli dərəcədə deyil və təhlükəli hesab olunmur. Tezliklə havaların stabilləşməsi və temperaturunun artması qeyd olunan infeksiyaların yayılma səviyyəsinin azalacağını deməyə əsas verir. Bu infeksiyalar qısamüddətli olub immun sistemi normal olan insanlarda heç bir problem yaratmır. Lakin müxtəlif səbəblərdən immun defisiti olan şəxslər istisnadır, həmin insanlarda yüngül gedişli kəskin respirator virus infeksiyaları fəsadlı gedişlə müşayət oluna bilər".