Naxçıvanın dağlıq ərazilərində qar örtüyünün hündürlüyü bir metri keçib

Naxçıvanın dağlıq ərazilərində qar örtüyünün hündürlüyü bir metri keçib

Naxçıvanın yüksək dağlıq ərazilərində qar örtüyünün hündürlüyü 107 sm-ə çatıb.

Bu barədə  Naxçıvan Muxtar Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildirilib.

Qeyd olunub ki, Kükü kəndinə yeni yağan qarın hündürlüyü 20 sm, ümumi qar örtüyünün qalınlığı isə 66 sm təşkil edir.

Həmçinin Kəngərlidə 5 sm, Şərur rayonunun Axura kəndində 7sm, 3000 m yüksəklikdə isə 107 sm qeydə alınıb.