Kəndliləri vergi borcuna görə sıxışdıran İcra başçısının özünə tabe olan qurumlar vergidən yayınır

Uzun illərdir idarə və təşkilatların vergi borcu mübahisəli məsələ olaraq qalır.
Adətən rəhbərdən rəhbərə ötürülən borclar ödənilməmiş qalır.
Kanal15.az saytı son 1 ildə vergi öhdəliklərini yerinə yetirməyən və ya qismən yerinə yetirən Cəlilabad rayon icra hakimiyyəti başçısının İƏD üzrə nümayəndəliklərinin vergi öhdəliklərini hansı səviyyədə yerinə yetirmələrini araşdırıb.
Aşağıda son 1 ildə vergi borcunu ödəməyən və ya qismən ödəyən İcra nümayəndəlikləri dərc olunub.
1. CƏLİLABAD RAYON İCRA HAKİMİYYƏTİ BAŞÇISININ UZUNTƏPƏ KƏND ƏRAZİ NÜMAYƏNDƏLİYİNİN adına olan vergi borcu: 481 manat.
2. CƏLİLABAD RAYON İCRA HAKİMİYYƏTİ BAŞÇISININ GÜNƏŞLİ KƏND ƏRAZİ NÜMAYƏNDƏLİYİNİN adına olan vergi borcu: 884 manat
3. CƏLİLABAD RAYON İCRA HAKİMİYYƏTİ BAŞÇISININ PRİVOLNOYE KƏND ƏRAZİ NÜMAYƏNDƏLİYİNİN adına olan vergi borcu: 871 manat
4. CƏLİLABAD RAYON İCRA HAKİMİYYƏTİ BAŞÇISININ ŞİLƏVƏNGƏ KƏND ƏRAZİ NÜMAYƏNDƏLİYİNİN adına olan vergi borcu: 5703 manat
5. CƏLİLABAD RAYON İCRA HAKİMİYYƏTİ BAŞÇISININ CƏLİLABAD ŞƏHƏR ƏRAZİ NÜMAYƏNDƏLİYİNİN adına olan vergi borcu: 1453 manat
6. CƏLİLABAD RAYON İCRA HAKİMİYYƏTİ BAŞÇISININ MİKAYILLI KƏND ƏRAZİ NÜMAYƏNDƏLİYİNİN adına olan vergi borcu: 325 manat
Qeyd olunan rəqəmlər son 1 ildən qalan məbləğlərdir. Əvvəlki illərə aid vergi borcları məhkəmə qərarı ilə sabitləndiyi üçün onlar barədə məlumat əldə edə bilmədik.
P.S Özlərinin Külli miqdarda vergi borcu olan Bələdiyyələr və icra nümayəndələri kiçik məbləğ vergi borcuna görə vətəndaşları məhkəməyə verərək sıxışdırırlar.
Külli miqdarda vergi borcu olan və yığılan vergiləri öz həyat şəraitləri yaxşılaşdırmağa sərf edən Bələdiyyələr haqqında növbəti yazımızda..
What's Your Reaction?






