İmişlidə Birinci Qarabağ müharibəsinin şəhidi dəfn olunub

İmişlidə Birinci Qarabağ müharibəsinin şəhidi dəfn olunub

İmişli, 21 avqust, Kanal15.az

Birinci Qarabağ müharibəsində itkin düşmüş şəhid Nərimanov Mürşüd Nadir oğlunun nəşi bu gün İmişli rayonunun Məzrəli kəndində yerləşən qəbiristanlıqda torpağa tapşırılıb.

Mürşüd Nərimanov 26 yanvar 1994-cü ildə Ağdam rayonunun Qərvənd kəndi ərazisində gedən döyüşlərdə iştirak edib. Döyüş əməliyyatları zamanı itkin düşən şəhidin nəşi uzun illər sonra müəyyən edilərək ailəsinə təhvil verilib.

Şəhid Mürşüd Nərimanovun nəşi avqustun 21-də doğulduğu İmişli rayonunun Məzrəli kəndinə gətirilib və burada keçirilən dəfn mərasimindən sonra torpağa tapşırılıb.

Dəfn mərasimində şəhidin ailə üzvləri, yaxınları, rayon ictimaiyyətinin nümayəndələri və kənd sakinləri iştirak ediblər.

Kanal15.az şəhidimizin ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.

Allah rəhmət eləsin!