II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçirilib, yeddi nəfərdə telefon aşkarlanıb - YENİLƏNİB
DİM II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçirdi – 9 nəfər imtahandan xaric olundu
Dövlət İmtahan Mərkəzi (DİM) bu gün II və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirib.
İlkin məlumatlara əsasən, 7 nəfərdə mobil telefon, 2 nəfərdə isə “ağıllı” saat aşkarlandığı üçün imtahan qaydalarını pozduqları əsas gətirilərək imtahandan xaric ediliblər. Faktlarla bağlı araşdırma aparılacağı bildirilib.
İmtahanlar ölkənin 26 şəhər və rayonunda, o cümlədən Bakı, Xankəndi, Gəncə, Sumqayıt, Lənkəran və Cəlilabadda təşkil olunub. Ümumilikdə 231 imtahan binası və 4206 zal ayrılıb.
Qəbul imtahanında iştirak üçün 56 min 847 abituriyent qeydiyyatdan keçib. Onlardan 82 nəfəri sağlamlıq imkanları məhdud olan iştirakçılar olub və onlar üçün xüsusi şərait yaradılıb.
DİM bildirib ki, imtahanda istifadə olunan açıq tipli tapşırıqların yoxlanılması vaxt tələb etdiyindən nəticələrin təxminən 3 həftə sonra elan olunması nəzərdə tutulur.
📍 Kanal15