Hayyan Əbdülqani: İraq Ceyhan vasitəsilə neft ixracı haqqında saziş imzalamağa yaxındır

Hayyan Əbdülqani: İraq Ceyhan vasitəsilə neft ixracı haqqında saziş imzalamağa yaxındır

İraqın neft naziri Hayyan Əbdülqani Türkiyənin Ceyhan terminalı vasitəsilə neft ixracına dair sazişin tezliklə imzalanacağını bəyan edib.

Kanal15.az "Report"-a istinadən xəbər verir ki, bu barədə H. Əbdülqani "Əl-İrakiya" telekanalına müsahibəsində bildirib.

O həmçinin bildirib ki, İran Türkiyə, Suriya və İordaniya ərazisindən neftdaşıyan avtosisternlərlə sutkada təqribən 200 min barel neftin nəqli planını aktivləşdirib.

Nazirin sözlərinə görə, bu tədbirlər Hörmüz boğazında vəziyyətin dəyişməsindən sonra neft ixracı üçün alternativ marşrutların axtarışı çərçivəsində görülür.

O qeyd edib ki, cənub limanlarından neft ixracının dayanması səlahiyyətliləri xammalın xarici bazarlara tədarükü üçün yeni yollar axtarmağa məcbur edib.

"Biz Ceyhan vasitəsilə neft ixracı haqqında saziş imzalamağa yaxınıq", - o, əlavə təfərrüat vermədən bildirib.

Əbdülqani həmçinin vurğulayıb ki, neft ixracı İraqın gəlirlərinin təxminən 90%-ni təmin edir, buna görə də hökumət hasilatı sutkada 1,4 milyon barel səviyyəsində saxlamaq qərarına gəlib.