Cəlilabadda şəhidin adı küçəyə verildi

Cəlilabadda şəhidin adı küçəyə verildi

Cəlilabad rayonunun Alar kəndinin Yüzev məhəlləsində yerləşən, uzunluğu təxminən 3 kilometrə yaxın olan küçəyə Vətən müharibəsi şəhidi Əkbər Hüseynlinin adı verilib.

Bu qərar şəhidin xatirəsinin əbədiləşdirilməsi və onun göstərdiyi qəhrəmanlığın gələcək nəsillərə çatdırılması məqsədi daşıyır. Artıq kənd sakinləri həmin küçəni şəhidin adı ilə çağıracaq.

Qeyd edək ki, Əkbər Hüseynli Vətən müharibəsi zamanı göstərdiyi igidliklə yadda qalan qəhrəmanlarımızdan biridir. Onun adı verilən küçə həm də vətən uğrunda canından keçən bütün şəhidlərimizin xatirəsinə ehtiramın ifadəsi kimi dəyərləndirilir.

“Sən Vətən üçün canından keçdin, Vətən səni unutmur, unutmayacaq” ifadəsi ilə yadda qalan bu addım, şəhidlərimizin daim xalqımızın qəlbində yaşayacağını bir daha sübut edir.

Kanal15.az olaraq bildiririk ki, şəhidlərimizin xatirəsinin yaşadılması istiqamətində həyata keçirilən bu kimi təşəbbüslər cəmiyyət tərəfindən böyük rəğbətlə qarşılanır.