Cəlilabadda sahibsiz itlər bir məktəblini və bir yaşlı qadını parçalayıb -Video

Cəlilabad sakinləri sahibsiz itlərin hücumuna məruz qalıb.
Kanal15.az xəbər verir ki, 2 gün ərzində bu istiqamətdə 2 hadisə baş verib. rayonun Kazımabad kəndində 1970-ci il təvəllüdlü R.Əsgərova sahibsiz itlərin hücumuna məruz qalıb. Hücum nəticəsində qadın müxtəlif dərəcəli xəsarətlər alıb.
Digər bir hadisə isə rayonun Məhəmməd Hadi küçəsində baş verib. Beləki məktəbdən çıxıb evə gedən 2011-ci il təvəllüdlü Əmənov Əli Elsəvər oğluna körpünün altında sahibsiz itlər hücüm edib, məktəbli qolundan və əlindən müxtəlif xəsarətlər alıb hər iki zərərçəkən Cəlilabad Rayon Mərkəzi xəstəxanasına aparılıb onlara lazımı tibbi yardım göstərilib.
What's Your Reaction?






