Cəlilabadda Ramazan ayı münasibətilə iftar süfrəsi təşkil edilib
Cəlilabad Rayon İcra Hakimiyyəti tərəfindən müqəddəs Ramazan ayı ilə əlaqədar iftar süfrəsi təşkil edilib. Məclisdə rayon icra hakimiyyətinin başçısı Rafiq Cəlilov, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər, aztəminatlı ailələr, rayon ictimaiyyətinin nümayəndələri və din xadimləri iştirak ediblər.
İftar mərasimi “Qurani-Kərim”dən ayələrin və Ramazan duasının oxunması ilə başlayıb.
Məclisdə iştirak edən din xadimləri müqəddəs Ramazan ayının insanları gözəl niyyətlər və xeyirxah əməllər naminə birliyə çağırdığını, onları əmin-amanlıq, qardaşlıq və bərabərlik yoluna dəvət etdiyini söyləyiblər.
Məclis iştirakçıları Azərbaycanın bugünkü sabitlik və iqtisadi inkişaf yolunda yorulmadan çalışan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse- prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.