Cəlilabadda körpü yağışlardan sonra qəzalı vəziyyətə düşüb

Feb 9, 2025 - 17:51
 0  386
Cəlilabadda körpü yağışlardan sonra qəzalı vəziyyətə düşüb

Cəlilabad rayonunun Vənlik kəndindəki körpü yağışlardan sonra qəzalı vəziyyətə düşüb.

Bu barədə kənd sakinləri məlumat verib.

Onların sözlərinə görə, körpü yaşayış məntəqələri arasında gediş-gəlişi təmin edir. Son yağışlardan sonra qəzalı vəziyyətə düşən körpüdən hər hansı avtomobilin keçməsi təhlükəlidir.

Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin 46 saylı Yol İstismar Məhdud Məsuliyyətli Cəmiyyətindən bildiriblər ki, sözügedən körpünün qəzalı vəziyyətə düşməsi ilə bağlı artıq qurumun nümayəndələri baxış keçiriblər və əraziyə təmir məqsədilə lazımi texnika gətirilib, yağışlar ara verən kimi burada işlər aparılacaq.

What's Your Reaction?

like

dislike

love

funny

angry

sad

wow