Cəlilabadda 37 yaşlı kişini qətlə yetirməkdə şübhəli bilinən gənc saxlanılıb

May 30, 2025 - 09:00
May 30, 2025 - 19:50
 0  297
Cəlilabadda 37 yaşlı kişini qətlə yetirməkdə şübhəli bilinən gənc saxlanılıb

Cəlilabad sakini, 1988-ci il təvəllüdlü Hüseynov Bəhruz Ədalət oğlu qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Həmin cinayət əməlini törətməkdə şübhəli bilinən 2006-cı il təvəllüdlü Orxan Əkbərov polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə saxlanılıb.

Qeyd edək ki, hadisə ötən gün Cəlilabad şəhərinin Səttərxan küçəsində qeydə alınıb.

Bəhruz Hüseynov ürəyindən bıçaq xəsarəti alıb.

Yaralı rayon mərkəzi xəstəxanasına aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Mərhumun Ailə üzvləri hadisənin detalları ilə bağlı açıqlama verib ki, Bəhruz Hüseynov işdən evə gəldikdən sonra öz bacısı qızı ilə Göytəpə şəhər sakini Orxan Əkbərovu həyətdə yerləşən hamamda olduğunu gördüb və hadisə ondan sonra baş verib.

Araşdırma aparılır

What's Your Reaction?

like

dislike

love

funny

angry

sad

wow