Cəlilabad Suvarma Sistemləri idarəsi Prezidenti belə aldadır
Saytımıza daxil olan vətəndaş müraciətini olduğu kimi təqdim edirik.
"Cəlilabad Suvarma Sistemləri idarəsinə aid texnikalar gəlib Əzizbəyov suvarma kanalı və mişarçayın davamı olan və Uzuntəpə kəndi ərazisindən keçən hissədə, yeni Ələt Astara magistralının ətrafında 250 metr məsafədə kanalı qazıb getdilər.
icraçıdan soruşdum dedi ki bəli kanalı dərinləşdiririk məndə sevindim ki 6 dəfə tenderə salınıb lakin təmizlənməyən suvarma kanalı nəhayət təmizlənir hələ ola bilsin yaxın zamanda suda gəldi.
Ama sevincimiz 2-3 saat sürdü.
Lazım olan məsafəni "təmizləyən" texnikalar ərazini tərk etdi.
Sonradan məlum oldu ki ölkədə baş tutacaq mühüm tədbir zamanı rəsmi qonaqların istifadə edəcəyi yolların kənarları abadlaşdırılır.
O məqsədlə kanalın yola yaxın ola hissəni təmizləyib getdilər.
Kanal təmizlənən zaman kəsiləməsi qanunla qadağan olunan 200 dən artıq Yulğun ağacı məhv edildi.
Yəni təbiətə və insanlara ziyan vurmaqla özlərini prezidentə və qonaqlara "şirin" çatdırmaq istəyirlər.
Prezidenti aldatmaq ssenarisi bununla bitmir.
Yola yaxın ərazilərdə görünən hissələr icra hakimiyyətinin büdcəsi hesabına abadlaşdırılır.
Ama yalnız görünən hissələr, məsələn evin yola tərəf hissəsi təzələnir digər tərəfdən isə köhnə qalır.
Bu barədə ətraflı növbəti yazıda."
What's Your Reaction?