Cəlilabadda “Ürəyə köçən işıq” tamaşası nümayiş etdirilib
Cəlilabad rayon xalq teatrının hazırladığı “Ürəyə köçən işıq” adlı hekayə tamaşası Cəlilabad Rayon Heydər Əliyev Mərkəzində nümayiş etdirilib.
Qazi İsmayıl Hüseynovaya həsr olunan tamaşanın müəllifi Ruhiyyə Abbaszadədir. Vətən müharibəsində hər iki gözünü itirən İsmayıl Hüseynovun həyatından bəhs edən səhnə əsərində onun keçdiyi ağır sınaqlar, Vətənə bağlılığı və mübarizəsi bədii şəkildə təqdim olunub.
Tamaşada şəhid ailələri, qazilər, Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, idarə, müəssisə və təşkilatların nümayəndələri, eləcə də Vətən Müharibəsi Qəhrəmanı Qəzənfər Ağayev iştirak ediblər.
Tamaşa izləyicilərə Vətən uğrunda mübarizənin, qəhrəmanlığın və insan iradəsinin gücünü çatdırıb. Səhnə əsəri iştirakçılar tərəfindən maraqla qarşılanıb və alqışlarla müşayiət olunub.
“Ürəyə köçən işıq” adı ilə səhnələşdirilən bu tamaşa həm də qazi İsmayıl Hüseynovun həyatına göstərilən ehtiramın və onun keçdiyi şərəfli yolun sənət vasitəsilə ifadəsidir.