Cəlilabadda qanunsuz ov faktı aşkarlanıb
Cəlilabad rayonunda qanunsuz ov faktı aşkarlanıb.
"Report"un Muğan bürosunun məlumatına görə, Rayon Polis Şöbəsinin əməkdaşlarının qanunsuz ovun, mülki silahın daşınması qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə keçirdikləri tədbirlər nəticəsində Ə.Cabbarlı və R.İmanzadənin rayonun Günəşli kəndi ərazisindəki örüş sahəsində qanunsuz ov etdikləri müəyyən olunub.
Onlardan 2 ədəd müxtəlif markalı ov tüfəngləri və qanunsuz ovladıqları çöl quşları aşkarlanıb.
Faktla bağlı İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsilə protokol tərtib edilərək baxılması məhkəməyə göndərilib.
What's Your Reaction?