Cəlilabadda PRİUS aşıb, xəsarət alanlar var

Nov 26, 2024 - 12:33
Nov 26, 2024 - 18:18
 0  613
Cəlilabadda PRİUS aşıb, xəsarət alanlar var

26 noyabr saat 12 radələrində Cəlilabad rayonunun Uzuntəpə kəndi ərazisində yağışlı havada yüksək sürətlə hərəkət edən TAYOTA PRİUS markalı avtomobil aşıb.

Kanal15-in hadisə yerində olan əməkdaşı xəbər verir ki, 77BY459 nömrə nişanlı avtomobilin sürücüsü 99RN257 nömrəli VAZ2107 markalı avtomobili ötmək istəyən zaman VAZ-2107 ilə toqquşub daha sonra isə idarəetməni itirərək aşıb.

Hadisə nəticəsində PRİUSun sürücüsü 1973-cü il təvəllüdlü Əhmədov Laçın Nizami oğlu və sərnişini xəsarət alıb.

Xəsarət olan şəxslər hadisə yerinə gələn təcili tibbi yardım briqadası tərəfindən Cəlilabad rayon mərkəzi xəstəxanasına aparılıblar.

Əlavə məlumat veriləcək..

What's Your Reaction?

like

dislike

love

funny

angry

sad

wow