Cəlilabadda Novruz bayramı qeyd olunub

Cəlilabadda Novruz bayramı qeyd olunub

Cəlilabad rayonunda Novruz bayramı münasibətilə bayram tədbiri təşkil edilib. Tədbirdə rayon icra hakimiyyətinin başçısı Rafiq Cəlilov, hüquq-mühafizə orqanlarının əməkdaşları, eləcə də rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Kanal15.az xəbər verir ki, bayram tədbiri çərçivəsində Novruz adət-ənənələrini əks etdirən müxtəlif səhnəciklər nümayiş olunub, milli musiqilər səsləndirilib, sakinlər üçün bayram əhval-ruhiyyəsi yaradılıb. Tonqal ətrafında keçirilən mərasimlər iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.

Çıxış edənlər Novruz bayramının xalqımızın milli-mənəvi dəyərlərinin təcəssümü olduğunu vurğulayaraq, bu bayramın insanlar arasında birlik, həmrəylik və dostluq münasibətlərini daha da möhkəmləndirdiyini bildiriblər.

Sonda tədbir bayram konsert proqramı ilə davam etdirilib və iştirakçılara xoş ovqat bəxş edib.