Cəlilabadda kənd sakinləri Prezidentə müraciət edib - Video

Apr 15, 2025 - 12:32
Apr 15, 2025 - 12:53
 0  302
Cəlilabadda kənd sakinləri Prezidentə müraciət edib - Video

Cəlilabad rayon Sadatlı kənd sakinləri prezidentə müraciət edib.

Onların sözlərinə görə, Cəlilabad rayonunun ən ucqar dağ kəndlərindən biri hesab olunan Yuxarı Sadatlı kəndinin bir kilometrlik yolu yararsız vəziyyətdədir.

Kəndlilər illərdir bu yol problemini dilə gətirsələr də, hər hansı iş görülməyib.

“Yolumuz bərbad vəziyyətdədir. Kəndə təcili tibbi yardım gəlmir, xəstəmizi apara bilmirik. Yağış yağanda valideynlər övladlarını dərsə qucağında aparırlar böyük olan uşağlar palçığa batdığı dan dərsə gedə bilmirlər . Bura həmin unudulmuş kənddir. Dəfələrlə aidiyyəti qurumlara müraciət etmişik. Lakin müsbət nəticəsini görməmişik”, – deyə kənd sakinləri narazılığlarını bildirib.

Onlar cənab prezident İlham Əliyevdən kömək istəyirlər.

Həmçinin sakinlər bu problemə görə, məcbur qalıb evlərini tərk edərək, digər ərazilərə üz tuturlar.

İnanırıq ki, sakinlərin bu problemi tezliklə həll olunacaq 

What's Your Reaction?

like

dislike

love

funny

angry

sad

wow