Cəlilabadda bu idarə 5 avtomobilin yağını 12 min manata dəyişib - Qanunsuzluq?

May 1, 2025 - 06:30
May 1, 2025 - 06:31
 0  364
Cəlilabadda bu idarə 5 avtomobilin yağını 12 min manata dəyişib - Qanunsuzluq?

Cəlilabad rayonunda və digər bölgələrdə tenderlərin keçirməsində zaman zaman qanunsuzluğlar aşkarlanır və bunlar media vasitəsilə yayımlanır.

Diqqətimizi çəkən növbəti məqam isə "DAŞINMAZ ƏMLAKIN DÖVLƏT KADASTRI VƏ REYESTRİ" PUBLİK HÜQUQİ ŞƏXSİNİN 8 SAYLI CƏLİLABAD ƏRAZİ İDARƏSİ-nin 

Avtomobillərin yağ-sürtkü materiallarının dəyişdirilməsi və təmiri üçün ehtiyat hissələrinin alınması ilə bağlı tenderi oldu.

Kanal15.az xəbər verir ki, aşağıda qeyd olunan 5 avtomobil üçün

 

1.Chevrolet Niva-1 avtomobil (buraxılış ili 2013) X9L212300D0490955

2.Fiat Doblo-1 avtomobil (buraxılış ili 2014) ZFA26300006163013

3.Nissan X-Trail -1 avtomobil(buraxılış ili 2007) JN1TBNT30Z0115216

4.Nissan Sunny-1 avtomobil (buraxılış ili 2008) JN1BAUJ32Z0000216

5.Lada 21214 - 1 avtomobil (Buraxılış ili -2018) XTA212140K2339482

yağ-sürtkü materiallarının dəyişdirilməsi və təmiri üçün elan olunan tenderi "RƏZ" Məhdud Məsuliyyətli Cəmiyyəti qazanıb.

Qalib şirkətə 12.531 AZN ödənilib. İşlərin 28-30 aprel tarixində(2gün ərzində) təhvil verilməsi nəzərdə tutulub.

"RƏZ" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: 6404432441) MASALLI RAYONU, MİYANKÜ kəndində yerləşir, Nizamnamə kapitalı: 10 manat. Qanuni təmsilçi: HÜSEYNOV SƏXAVƏT ŞİRVAN OĞLUdur.

Dövlət qeydiyyatına alındığı tarix: 24 Sentyabr 2024-cü ildir.

What's Your Reaction?

like

dislike

love

funny

angry

sad

wow